Web əsaslı audio/video üçün kontrollar yaratmaq asan işdi hə? Gəlin bir yerdə araşdıraq.
HTML5 video və audio elementləri medianı rahat idarə edə biləyiniz üçün hazır kontrollar ilə birgə gəlir. Milsalçün, native-controls.html faylına (və ya canlı nümunəyə) baxın.
<audio controls>

Your browser doesn't support HTML5 audio. Here is a
link to the audio instead.

</audio>

Your browser doesn't support HTML5 video. Here is a
link to the video instead.

controls
atributu sizi play/pause düymələrilə, səs artırıb azaltma düymələrilə və digər yararlı kontrollarla təmin edir. Bu kontrolları Firefox və Chrome-da aşağıdakı kimi görünür:
Lakin bu kontrollar ilə bağlı bir-iki problem mövcuddur:
- Bu kontrllar bütün brauzerlərdə keyboard accessible deyil. Misalçün, tab düyməsilə kontrollar arasında hərəkət edə və düymələri aktivləşdirə bilməzsiniz. Opera və Chrome bunu bir az tətbiq etsə də, yenə də tam ideal deyil.
- Müxtəlif brauzerlərdə bu pleyerlərin müxtəlif cür görünüşləri var. Bu kontrollara CSS ilə stil vermək olmur, yəni onları saytınızın stilinə uyğunlaşdırmaq bir az qəliz məsələ olacaq.
Bunun yeganə dərmanı isə defolt verilən kontrolları gizlədib öz kontrollarımızı yaratmaqdır.
HTML5 video və audio elementləri ortaq bir API paylaşırlar - HTML Media Element - siz bu API-lardan istifdə edərək funksionallığı öz hazırladığınız buttonlara bağlaya bilərsiniz.
Gəlin yuxarıda gördüyünüz video nümunəsinə öz kontrollarımızı əlavə edək.
Əvvəlcə gəlin bayaqkı HTML koduna öz əlavələrimizi edək:

Your browser doesn't support HTML5 video. Here is a
link to the video instead.

Play
Stop
Rwd
Fwd

00:00

Yuxarıda gördüyünüz kimi, videonu idarə etmək üçün bəzi sadə buttonlar əlavə etmişik. Təbii ki, bu buttonlar öz-özərinə heç nə etməyəcəklər - bəsit funksionallığı təmin etmək üçün JavaScriptdən istifadə edəcəyik.
Əvvəlcə hər bir kontrolu JavaScript ilə seçəcəyik:
const playPauseBtn = document.querySelector('.playpause');
const stopBtn = document.querySelector('.stop');
const rwdBtn = document.querySelector('.rwd');
const fwdBtn = document.querySelector('.fwd');
const timeLabel = document.querySelector('.time');
Daha sonra isə həmin audio/video playerə JavaScript ilə istinad edəcəyik:
const player = document.querySelector('video');
Bu dəyişən üzərində bizim üçün yararlı olacaq propertylər və methodlar saxlayan HTMLMediaElement
obyekyinə istinad edir. Bu methodlardan və propertylərdən istifadə edərək əlavə etdiyimiz buttonlara funksionallıq yükləyəcəyik.
Öz buttonlarımıza funksionallığı əlavə etməzdən əvvəl gəlin video playerin üzərindəki kontrollardan qurtulaq ki, qarışıqlıq yaranmasın:
player.removeAttribute('controls');
Deyə bilərsiniz ki, bu kontrolları JavaScript ilə silmək əvəzinə (controls
atributunu silməklə) ümumiyyətlə markapa daxil etməyə bilərdik. Lakin hər hansı səbəbdən JavaScript faylımız brauzerə yüklənməsə (misalçün, JavaScript bloklansa) o zaman bu defolt kontrollar istifadəçilərə yardımçı olacaq.
Əvvəlcə gəlin play/pause düyməsini quraşdıraq. Bunu etmək üçün sadə bir şərti funksiya yazıb düymənin halını play və pause arasında dəyişə bilərik:
playPauseBtn.onclick = function () {
if (player.paused) {
player.play();
playPauseBtn.textContent = 'Pause';
} else {
player.pause();
playPauseBtn.textContent = 'Play';

Stop düyməsini işə salmaq üçün isə aşağıdakı kimi bir kod yazacağıq:
stopBtn.onclick = function () {
player.pause();
player.currentTime = 0;
playPauseBtn.textContent = 'Play';

HTMLMediaElement
in üzərində stop()
funksiyası mövcud olmadığı üçün biz pause()
methodundan istifadə edəcək və currentTime
-ı sıfıra bərabər edəcəyik.
Daha sonra isə irəli və geri düymələrini quraşdıracağıq - bunun üçün aşağıdakı kodu istifadə edə bilərsiniz:
rwdBtn.onclick = function () {
player.currentTime -= 3;

fwdBtn.onclick = function () {
player.currentTime += 3;
if (player.currentTime >= player.duration || player.paused) {
player.pause();
player.currentTime = 0;
playPauseBtn.textContent = 'Play';

Bu çox sadədir, sadəcə olaraq düymələr hər dəfə klikləndiyində currentTime
-a 3 əlavə edib və ya çıxırıq. Real video playerdə isə bundan daha mürəkkəb bir mexanizm fikirləşib tətbiq etməli ola bilərsiniz.
Fikir verin ki, biz həmçinin currentTime
propertysinin duration
-dan (videonun uzunluğundan) kiçik olmasını və videonun hal hazırda oynadılıb oynadılmamasını da yoxlayırıq. Əgər bu hallardan hansısa ödənərsə o zaman biz sadəcə olaraq videonu dayandırırıq.
Sonda isə aşağıdakı kod vasitəsilə videonun nə qədərinin qaldığını göstəririk:
player.ontimeupdate = function () {
let minutes = Math.floor(player.currentTime / 60);
let seconds = Math.floor(player.currentTime - minutes * 60);
let minuteValue;
let secondValue;
if (minutes < 10) {
minuteValue = '0' + minutes;
} else {
minuteValue = minutes;

if (seconds < 10) {
secondValue = '0' + seconds;
} else {
secondValue = seconds;

mediaTime = minuteValue + ':' + secondValue;
timeLabel.textContent = mediaTime;

Vaxt hər dəfə yeniləndiyində bu funksiya işə düşəcək və verilmiş currentTime
-ın dəyərindən gedən dəqiqəni və saniyəni göstərəcək.
Göstərdiyimiz sadəcə öz video playerinizi hazırlamağın çox sadə bir nümunəsi idi. Daha mürəkkəb funksionallıqlara malik playerləri hazırlaya bilmək üçün aşağıdakı mənbələrdən yararlana bilərsiniz.
Həmçinin göstərdiyimiz sadə nümunənin canlı versiyası ilə də tanış ola bilərsiniz.
Daha sonra: Audio Transkriptlər