Eşitmə əngəlli insanların audio kontentdən yararlana bilməsi üçün siz transkriptlər hazırlamalısınız. Transkriprlər eyni səhifədə saxlanıla və ya başqa səhifədə daxil edilib istinad edilə bilər.
Transkriptləri yaratmaq üçün aşağıdakı seçimləriniz var:
- Pullu xidmətlər - siz transkriptinizin hazırlanması üçün peşəkarlara ödəniş edə bilərsiniz. Misalçün, Scribidie, Casting Words və ya Rev kimi şirkətlərə baxa bilərsiniz. Ətrafınıza baxın və məsləhətləşin, sizə uyğun bir şirkət seçib onlarla işləyin.
- Community xidmətləri - əgər hər hansı bir aktiv icmanın və ya komandanın üzvüsünüzsə transkriptlərin hazırlanmasında ətrafınızdan kömək istəyə bilərsiniz. Heç bir variantınız olmasa belə, bunu evdə özünüz də edə bilərsiniz.
- Avtomatlaşdırılmış xidmətlər - Trint kimi süni intellekt ilə fəaliyyət göstərən xidmətlər də mövcuddur. Bu cür xidmətlərdə, siz audio və ya videonu sayta yükləyirsiniz və sayt sizə hazır transkript təklif edir. Videoda işlədilən dilin nə qədər təmiz olmasından asılı olaraq transkriptin keyfiyyəti dəyişə bilər.
Həyatınızdakı bir çox şey kimi, burada da nə ödəyirsinizsə onu da alacaqsınız. Müxtəlif xidmətlər işinizi müxtəlif dəqiqliklə və müxtəlif vaxt ərzində yerinə yetirəcəklər. İşinizi hansısa yaxşı tanınmış şirkətə və ya süni intellektə həvalə etsəniz ehtimal var ki, yaxşı da nəticə əldə edəsiniz. Əgər bunun üçün pul xərcləmək istəmirsinizsə, böyük ehtimalla keyfiyyətiz iş ilə üzbəüz qalacaqsınız.
Audio resursu saytınızda yayımlamaq və transkriptin sonra paylaşılacağına söz vermək heç də yaxşı fikir deyil - bu cür sözlər əksər vaxtlarda tutulmur və belə hal yaranarsa bu sizin və istifadəçilərinizin arasındakı güvəni sarsıda bilər. Əgər paylaşdığınız audio üz-üzə görüşmə və ya canlı nitqdirsə, bu proses zamanı qeydlər aparmağınız və həmin qeydləri də audio ilə birgə paylaşmağınız tövsiyyə olunur. Sonradan bu qeydlərə düzəlişlər edə bilərsiniz.
Əgər avtomatlaşdırılmış xidmət işlədirsinizsə böyük ehtimalla bu xidmətin sizə təqdim etdiyi user interfeysi istifadə etməli olacaqsınız. Misalçün, Wait, ARIA Roles Have Categories? videosuna baxın, videonun aşağısında (like, dislike buttonları olan hissədə) üç nöqtə (...) ilə işarələnən menyunu açın və orada Open transcript düyməsinə klikləyin. Sağ tərəfdə transkriptlərin ayrıca bir paneldə açıldığını görəcəksiniz.
Əgər transkripti göstərmək üçün öz interfeysinizi hazırlamaq istəyirsinizsə bunu ürəyiniz necə istəsə elə edə bilərsiniz. Tövsiyə olunan odur ki, açılıb bağlana bilən bir paneldə bunu edəsiniz. Nümunə üçün audio-transcrip-ui səhifəsinə baxın (mənbə koduna baxın).
Daha sonra: Video Mətn Parçaları