Mobil qurğularda hansısa sayta məlumat daxil etmək normal desktoplarda olduğundan daha ürək sıxıcıdır. Fərdi kompüterdə və ya notbukda form inputlarını doldurmaq, touch screen qurğulardakı virtual klaviaturanı və ya mobil telefonların balaca klaviaturasını istifadə etməkdən daha çətindir.
Bu səbəbdən saytda lazım olan yazı pozu işlərinin sayını azalatmaq daha yaxşıdır. Misalçün, istifadəçinin öz peşəsini hər dəfə text inputa yazmağını istəməkdənsə ona ən çox tanınan peşələrdən ibarət <select>
input təqdim etməyiniz daha məqsədəuyğundur. İstifadəçinin peşəsinin sizin təqdim etdiyiniz variantlar arasında mövcud olmaması ehtimalını nəzərə alaraq "Digər" seçimi də təqdim edə və o zaman istifadəçidən peşəsinin adını yazmağını istəyə bilərsiniz.
Həmçinin mobil qurğuların date input kimi HTML5 input tiplərilə yaxşı yola getdiyini nəzərə alaraq onlardan daha çox istifadə edə bilərsiniz.
number
,tel
vəemail
kimi input növləri mobil istifadəçilərə daha uyğun olan klaviatura açmasına səbəb olacaq və bu sizin istifadəçiləriniz üçün rahatlıq yaradacaqdır.time
vədate
kimi inputlar isə mobil istifadəçilərə uyğun vaxt seçmə imkanı tanıyacaqdır.
Əgər desktop qurğulara fərqli inputlar təqdim etmək istəyirsinizsə sizin həmişə mobil və desktop üçün fərqli markaplar göstərmək imkanınız var. Daha ətraflı məlumat üçün input types və feature detection article məqalələrinə göz gəzdirməyiniz tövsiyyə olunur.