Skip to content

Latest commit

 

History

History
32 lines (23 loc) · 1.99 KB

idare-mexanizmleri.md

File metadata and controls

32 lines (23 loc) · 1.99 KB

İdarə Mexanizmləri

CSS və JavaScript ilə bağlı əvvəlki məqaləmizdə xüsusi kontrol mexanizmlərinə xas olan xüsusi eventlərdən danışdıq (Maus-spesifik evenlər). Yadınıza salmaq üçün onu deyək ki, müxtəlif idarə mexanizmləri müxtəlif cür eventləri işə salır və eyni funksionallıq ilə əlaqələndirilə bilmər. Misalçün, onmouseover, onmouseout kimi eventləri maus olmadan (misalçün, lkaviatura və ya touch screen ilə) işə sala bilməzsiniz.

Əgər siz simple-box-drag.html nümunəsinə baxsanız (canlı nümunəyə baxın) ekrandakı qutunun klaviatura və ya toxunuş ilə idarə edilə bilməyəcəyini görəcəksiniz. Bunun baş vermə səbəbi isə aşağıdakı kimi yazılmış koddur:

div.onmousedown = function () {
  initialBoxX = div.offsetLeft;
  initialBoxY = div.offsetTop;
  movePanel();
};

document.onmouseup = stopMove;

Bu cür funksionallığı başqa bir idarə mexanizmi ilə əlaqələndirə bilmək üçün, həmin idarə mexanizminə spesifik olan eventlərdən istifadə etməlisiniz. Misalçün ontouchstart, ontouchend eventləri touch screen qurğuları nəzərə almaq üçün yaxşı üsuldur:

div.ontouchstart = function (e) {
  initialBoxX = div.offsetLeft;
  initialBoxY = div.offsetTop;
  positionHandler(e);
  movePanel();
};

panel.ontouchend = stopMove;

Maus və touch eventlərin istifadə olunduğu tam nümunəyə baxmaq üçün multi-control-drag-box.html faylına və ya canlı nümunəyə baxın.

Daha sonra: Responsiv Dizayn